"Arsenal" - "Qarabağ": faktlar

17:09 - 10 Dekabr 2018

UEFA-nın rəsmi saytı Avropa Liqasının qrup mərhələsinin VI turunda keçirləcək “Arsenal” – “Qarabağ” oyunu haqda yazı hazırlayıb.

 

Sportal.az saytı məqaləni təqdim edir:

 

- "Arsenal" artıq növbəti mərhələyə vəsiqəni təmin edib. "Qarabağ" ötən matçda "Sportinq"ə uduzmaqla qrupda qalacağı dəqiqləşdi.
 
Əvvəlki qarşılaşmalar

 

- “Arsenal” ilk matçda "Qarabağ"a 3-0 hesabı ilə qalib gəlib. "Qarabağ" İngiltərə klublarına qarşı keçirdiyi bütün oyunları uduzub.


“Qarabağ”

 

- 2017/18 mövsümündə ardıcıl 5-ci dəfə Azərbaycan çempionu oldu. Komanda, həmçinin, ardıcıl 5 mövsümdü avrokuboklarda qrup mərhələsində çıxış edir. Azərbaycan təmsilçisi 4 dəfə AL, keçən mövsüm isə ÇL təcrübəsi yaşayıb. Komanda bu dəfə ÇL-in III təsnifat mərhələsində Belarus BATE-sinə ilişsə də, AL-in pley-offunda “Şerif”i (Moldova) mübarizədən kənarlaşdırdı.

 

- “Qarabağ” heç vaxt avrokuboklarda yaza qədər davam gətirə bilməyib. Komandanın Avropa Liqasındakı səfər oyunlarının balansı belədi: 3 qələbə, 1 heç-heçə, 7 məğlubiyyət. Qələbələrin hər biri minimal hesabla əldə edilib – 2014/15 mövsümündə “Dnepr”, 2016/17 mövsümündə PAOK və bu il “Vorskla” üzərində.

 

- “Qarabağ” bu mövsüm son 6 səfər oyununda 3 qol vurub, ancaq bu qarşılaşmaların yalnız ikisində uduzub.


“Arsenal”

 

- 2017/18 mövsümündə İngiltərədə 6-ci pilləni tutdu. Bu Arsen Vengerin rəhbərliyi altında 22 ildə ən aşağı nəticə idi.

 

-  “Topçular” 1999/2000 mövsümündə UEFA Kubokunun ikincisi olub.
 

Əlaqələr:

 

- “Qarabağ”ın futbolçusu İnnosent Emeqara İsveçrə millisində “Arsenal”lılar – Qranit Caka və Stepan Lixştaynerlə birgə çıxış edib.

 

- “Arsenal”ın futbolçuları - Sokratis Papastatopoulos, Mateo Qenduzi və Emil Smit-Rou ilk oyunda "Qarabağ"a qol vurmuşdular. Onlar daha öncə "Arsenal"ın heyətində fərqlənə bilməmişdilər.

 

Baş məşqçilər:

 

- “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov 64 oyunda 14 qolla Azərbaycan millisi tarixində ən yaxşı bombardirdi. Futbolçu kimi bir neçə klubun formasını geyinən mütəxəssis avqust ayında “Qarabağ”ın “sükanı arxası”nda 10-cu ilini tamamladı. Bu müddət ərzində o, 5 dəfə Azərbaycan çempionu, 4 dəfə ölkə kubokunun sahibi, həmçinin avrokuboklarda müntəzəm olaraq qrup mərhələsində iştirak kimi uğurlara nail olub. Keçən mövsüm ölkə daxilində “qızıl dubl” edən Qurbanov Çempionlar Liqasında qrup macərası yaşadı.

 

- PSJ-də 7 kubok qazandıqdan sonra Unai Emeri mayda Arsen Vengerin uzun illərdi davam edən “Arsenal” karyerasının bitməsi ilə London klubuna baş məşqçi təyin edildi. “Sevilya” ilə 2 dəfə Avropa Liqasının qalibi olan ispaniyalı 4 il “Valensiya”da çalışıb, həmçinin Moskva “Spartak”ına rəhbərlik edib. Avropa Liqasında ən çox qalib olan baş məşqçidi.

Xəbər xətti