"Avropa Liqasında mümkün qədər irəli getmək istəyirdik. Amma rəqiblərin gücünü nəzərə aldıqda, qrupdan çıxmağa ümid etmək çətin idi".
Sportal.az saytının məlumatına görə, bu sözləri Ukraynanın "Vorskla" klubunun futbolçusu Mixail Sergiyçuk deyib.
27 yaşlı hücumçu komandasının qrup mərhələsindəki çıxışından danışıb: "Arsenal" və "Sportinq" kimi böyük komandalarla qarşılaşmaq sevindirici idi. Belə komandalarla görüşlərdə özünü sınamaq və təcrübə qazanmaq olar. "Qarabağ"a səfərdə qalib gəldik və Avropa Liqasında ilk xallarımızı topladıq. Bu, olduqca önəmlidir".
Qeyd edək ki, "Vorskla" "Qarabağ"a Bakıda 1:0 hesabı ilə qalib gəlsə də, Poltavada eyni hesabla uduzub. Hər iki komanda E qrupunu 3 xalla 3-4-cü pillələrdə başa vurub.
saytlarin hazirlanmasi