Ernan Krespo Bakıda

16:51 - 23 Dekabr 2018

2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa hazırlıq kampaniyası çərçivəsində dünya şöhrətli argentinalı hücumçu Ernan Krespo UEFA-nın ulduz səfiri qismində bu gün paytaxtımızda səfərdə olub.

 

Sportal.az xəbər verir ki, dekabrın 22-dən etibarən Bakıda fəaliyyətə başlayan UEFA Avropa Liqası muzeyində Krespo AFFA-nın baş katibi Elxan Məmmədovla görüşüb, gələn il keçiriləcək final qarşılaşması barədə fikir mübadiləsi aparılıb.

 

Sonra argentinalı futbol ulduzunun imza mərasimi təşkil olunub. Paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının böyük marağına səbəb olan tədbirdə muzeyə daxil olanlar Krespodan avtoqraf almaq, onunla şəkil çəkdirmək imkanı qazanıblar. Tədbirin sonunda UEFA-nın ulduz səfirinin media üçün brifinqi keçirilib.

 

Qeyd edək ki, 2017-ci il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi tərəfindən 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda (BOS) keçirilməsi haqqında qərar qəbul edilib.

Xəbər xətti