"Sumqayıt" Topaz Premyer Liqasının 3-cü dövrəsinin hazırlıqlarına start verib.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi bu gün 2019-cu ildə ilk məşqinə çıxıb. "Dalğa Arena"nın köməkçi meydançasında baş tutan məşq prosesi təxminən 1 saat davam edib.
Qeyd edək ki, növbəti dövrəyə hazırlığın 1-ci mərhələsi yanvarın 11-dək davam edəcək. 2 günlük istirahətin ardınca isə "Sumqayıt" Türkiyənin Antalya şəhərinə yola düşəcək.
saytlarin hazirlanmasi