Hakim döyən azərbaycanlı 12 aylıq cəzalandı

12:21 - 15 Yanvar 2019

Bu gün AFFA İntizam Komitəsinin iclası baş tutub.

 

Sportal.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:

 

Futzal üzrə Azərbaycan kubokunun 1/32 final mərhələsinin “Standard” – “Star Karqo” matçının 30-cu dəqiqəsində “Standard” klubunun 9 nömrəli futbolçusu Samir Həsənov aqressiv davranış, hakimi təhqir, hakimə qarşı fiziki təzyiq göstərdiyinə görə  qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 12 ay müddətinə yarışlardan kənarlaşdırılıb.

 

Oyunun 38-ci dəqiqəsində “Star Karqo” klubunun 4 №-li futbolçusu Mahmud Novruzov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır.

 

Xəbər xətti