Bu gün Bakı Olimpiya Stadionunun ehtiyat meydanında Azərbaycan milli komandaları arasında yoxlama oyunu keçirilib.
Sportal.az xəbər verir ki, Avropa çempionatının elit-raund mərhələsinə hazırlaşan 19 yaşadək yığma və 2001-2002-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan millisi üz-üzə gəlib.
Matç Vüqar Məmmədin baş məşqçisi olduğu U-19-un 3:1 hesablı qələbəsi ilə başa çatıb. Qaliblərin heyətində Kamran Quliyev, Musa Qurbanlı və İsmayıl Zülfüqarlı qol sevinci yaşayıb. Samir Əliyevin rəhbərlik etdiyi yığmanın heyətində isə Təbriz İsazadə fərqlənib.
saytlarin hazirlanmasi