"Qalatasaray" futbolçusunu Almaniya klubuna 12 milyona satdı

14:03 - 16 Yanvar 2019

Almaniyanın "Ştutqart" klubu "Qalatasaray"ın müdafiəçisi Ozan Kabakı transfer edib.

 

Sportal.az "bipspor"a istinadən xəbər verir ki, 18 yaşlı futbolçunun transferi Bundesliqa təmsilçisinə 12 milyon avroya başa gəlib. Transfer tezliklə rəsmi şəkildə açıqlanacaq. Ozan "Ştutqart" tarixinin ən bahalı transferi olacaq.

 

Qeyd edək ki, gənc futbolçu "Qalatasaray"ın yetirməsidir.

Xəbər xətti