Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
Sportal.az xəbər verir ki, Türkiyənin turnirdəki təmsilçilərindən "Qalatasaray" doğma meydanda "Benfika"ya uduzub.
Gecənin sürpriz nəticəsi Belarusda qeydə alınıb. BATE "Arsenal"ı məğlub edib.
İki gün öncə keçiriən daha bir oyunda "Fənərbağça" Rusiya "Zenit"inə qalib gəlmişdi - 1:0
Avropa Liqası
1/16 final (ilk oyunlar)
14 fevral
BATE (Belarus) - “Arsenal” (İngiltərə) - 1:0
“Krasnodar” (Rusiya) – “Bayer” (Almaniya) - 0:0
“Qalatasaray” (Türkiyə) - “Benfika” (Portuqaliya) - 1:2
“Latsio” (İtaliya) - “Sevilya” (İspaniya) - 0:1
“Olimpiakos” (Yunanıstan) - “Dinamo” (Ukrayna) - 2:2
“Rapid” (Avstriya) - “İnter” (İtaliya) - 0:1
“Renn” (Fransa) – “Betis” (İspaniya) - 3:3
“Slaviya” (Çexiya) - “Genk” (Belçika) - 0:0
“Seltik” (Şotlandiya) - “Valensiya” (İspaniya) - 0:2
“Brügge” (Belçika) - “Zalsburq” (Avstriya) - 2:1
“Sürix” (İsveçrə) - “Napoli” (İtaliya) - 1:3
“Malmö” (İsveç) - “Çelsi” (İngiltərə) - 1:2
“Şaxtyor” (Ukrayna) - “Ayntraxt” (Almaniya) - 2:2
“Sportinq” (Portuqaliya) - “Vilyarreal” (İspaniya) - 0:1
“Viktoriya” (Çexiya) - “Dinamo” (Xorvatiya) - 2:1
saytlarin hazirlanmasi