Avropa Liqası: 1/8 finalın püşkü atıldı

16:16 - 22 Fevral 2019

Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

 

Sportal.az xəbər verir ki, "Çelsi" bu mərhələdə Kiyev "Dinamo"su ilə qarşılaşacaq. "Zenit" "Vilyarreal"la, "Arsenal"la "Renn"lə üz-üzə gələcək. "İnter" isə "Ayntraxt"la münasibətlərə aydınlıq gətirəcək.
 

1/8 finalın ilk oyunları martın 7-də, cavab görüşləri isə martın 14-də reallaşacaq.

 

1/8 final cütlükləri:


"Çelsi" (İngiltərə) - "Dinamo" (Kiyev, Ukrayna)
"Ayntraxt" (Almaniya) - "İnter" (İtaliya)
"Dinamo" (Zaqreb, Xorvatiya) - "Benfika" (Portuqaliya)
"Napoli" (İtaliya) - "Zalsburq" (Avstriya)
"Valensiya" (İspaniya) - "Krasnodar" (Rusiya)
"Sevilya" (İspaniya) - "Slaviya" (Praqa, Çexiya)
"Arsenal" (İngiltərə) - "Renn" (Fransa)
"Zenit" (Rusiya) - "Vilyarreal" (İspaniya)

Xəbər xətti