Xorvatiya millisinin AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan və Macarıstanla oyunlar üçün heyəti açıqlanıb.
Sportal.az xəbər verir ki, baş məşqçi Zlatko Daliç yığmaya 24 futbolçu dəvət edib.
Qapıçılar: Lovre Kaliniç ("Aston Villa", İngiltərə), Dominik Livakoviç ("Dinamo", Zaqreb), Simon Sluqa ("Riyeka");
Müdafiəçilər: Domoqoy Vida ("Beşiktaş", Türkiyə), Deyan Lovren ("Liverpul", İngiltərə), Tin Yedvay ("Bayer", Almaniya), Borna Barişiç ("Reyncers", Şotlandiya), Marin Leovaç ("Dinamo", Zaqreb), Antonio Miliç ("Anderlext", Belçika), Due-Çaleta Çar ("Marsel", Fransa);
Yarımmüdafiəçilər: Luka Modriç ("Real", İspaniya), İvan Rakitiç ("Barselona", İspaniya), Mateo Kovaçiç ("Çelsi", İngiltərə), Milan Badel ("Latsio", İtaliya), Marselo Brozoviç ("İnter", İtaliya), Marko Roq ("Sevilya", İspaniya), Mario Paşaliç ("Atalanta", İtaliya), Filip Bradariç ("Kalyari", İtaliya);
Hücumçular: İvan Perişiç ("İnter", İtaliya), Andre Kramariç ("Hoffenhaym", Almaniya), Ante Rebiç, ("Ayntraxt", Almaniya), Marko Pyatsa, ("Fiorentina", İtaliya), Nikola Vlaşiç (SSKA, Moskva, Rusiya), Yosib Brekalo ("Volfsburq", Almaniya);
Qeyd edək ki, Xorvatiya millimizi martın 21-də qəbul edəcək, üç gün sonra isə Macarıstanın qonağı olacaq.
saytlarin hazirlanmasi