UEFA "Arsenal" - "Qarabağ" oyunundakı insidentlə bağlı qərarını açıqladı

11:07 - 9 Mart 2019

UEFA-nın İntizam Komitəsi Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda keçirilən “Arsenal” – “Qarabağ” oyununun sonlarında meydana əlində Dağlıq Qarabağın separatçı rejiminin bayrağı ilə daxil olan erməni azarkeşin hərəkəti ilə bağlı qərar verib.

 

Sportal.az qurumun saytına istinadən xəbər verir ki, UEFA sözügedən xoşagəlməz olay və matçın startının gecikməsi səbəbindən London klubunu 15 min avro cərimələyib.

 

Qeyd edək ki, Londonda keçirilmiş görüşdə "Qarabağ" 0:1 hesabı ilə uduzmuşdu.

Xəbər xətti