UEFA İngiltərənin "Arsenal" klubunun Avropa Liqasının finalına vəsiqə qazanacağı halda, "topçular"ın erməni futbolçusu Henrix Mxitaryanın Bakıya gəlməsi üçün viza almağa dəstək olacaq.
Sportal.az ESPN-ə istinadən xəbər verir ki, qurum rəsmiləri Ermənistan yığmasının üzvünün Bakı Olimpiya Stadionunda keçiriləcək final oyunu üçün Azərbaycana gəlməsində problem görmür. Əgər "Arsenal" finala yüksəlsə, UEFA bunun həlli üçün çalışacaq.
UEFA-dan verilən açıqlamada "Bu, UEFA üçün standart prosedurdur ki, futbolçuların qurumun bayrağı altında keçirilən oyunlarda iştirakını təmin etmək üçün assosasiyalara, klublara və ya səfirliklərə məktub göndərilir", - deyə qeyd edilib.
"Arsenal" Avropa Liqasının 1/4 finalın ilk oyununda "Napoli"ni 2:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Henrix Mxitaryan 2015-ci ildə Almaniyanın Dortmund "Borussiya"sı ilə Avropa Liqasının qrup mərhələsində "Qəbələ" ilə Bakıda keçirilən oyuna gətirilməmişdi. Ötən il isə "Arsenal" 30 yaşlı yarımmüdafiəçini "Qarabağ"la Avropa Liqasının qrup mərhələsində keçirilən oyun üçün Azərbaycana gətirməmişdi.
saytlarin hazirlanmasi