Avropa Liqasında yarımfinalçılar müəyyənləşdi

00:55 - 19 Aprel 2019

Bu gün Avropa Liqasında 1/4 finalın cavab oyunları baş tutub.

 

Sportal.az xəbər verir ki, keçiriliən 4 qarşılaşmadan sonra yarımfinalçılar bəlli olub.

 

"Napoli" ilk görüşdə 0:2 hesabı ilə uduzduğu "Arsenal"ı qəbul edib. London klubu cavab görüşündə də qalib gəlib və yarımfinala yüksəlib.

 

"Ayntraxt" ilk oyunda 2:4 hesabı ilə uduzduğu "Benfika"ya evdə qalib gələrək, mərhələ adlayıb.

 

"Çelsi" Londonda "Slaviya" ilə üz-üzə gəlib. "Zadəganlar" Çexiyadakı görüşdə olduğu kimi, cavab qarşılaşmasında da qalib gəlib və yarımfinala yüksəlib.

 

"Vilyarreal" ilk matçda 1:3 hesabı ilə uduzduğu "Valensiya" ilə səfərdə q.arşılaşıb. "Valensiya" cavab matçında da sevinən tərəf olub və yarımfinala adlayıb.

 

Yarımfinalda "Arsenal" "Valensiya" ilə, "Çelsi" "Ayntraxt"la qarşılaşacaq.

 

"Napoli" (İtaliya) - "Arsenal" (İngiltərə) - 0:1

İlk oyun - 0:2

 

"Valensiya" (İspaniya) - "Vilyarreal" (İspaniya) - 2:0

İlk oyun - 3:1

 

"Ayntraxt" (Almaniya) - "Benfika" (Portuqaliya) - 2:0

İlk oyun - 2:4

 

"Çelsi" (İngiltərə) - "Slaviya" (Çexiya) - 4:3

İlk oyun - 1:0

Xəbər xətti