Emeri: "Bakıda təcrübəmdən yararlanacağıq"

13:13 - 10 May 2019

UEFA Avropa Liqasının yarımfinal mərhələsində "Valensiya"nı 4:2 (ilk oyun 3:1) hesabı ilə məğlub edən "Arsenal"ın baş məşqçisi Unai Emeri açıqlama verib.

 

Sportal.az xəbər verir ki, ispan mütəxəssis zəfəri şərh edib: "Futbolçular və azarkeşlərlə qürur duyuram. Hər kəs əlindən gələni etdi. Futbolçularla fəxr edə bilərik. Qol buraxdıqdan sonra sakit və təmkinli olmağımızı bilirdik. Hisslərimizi kontrol etməli idik. "Valensiya"ya 4 qol vurmaq asan deyil".

 

Daha öncə 3 dəfə Avropa Liqasında qalib olan mütəxəssis final görüşü barədə bunları deyib: "Final oyunları çox çətin olur. Keçmişdəki uğurlarıma görə bu turnirdə təcrübəliyəm. Bakıda bundan yararlanacağıq".

 

"Arsenal" finalda "Çelsi"ylə qarşılaşacaq. Həlledici oyun mayın 29-u, Bakı Olimpiya Stadionunda baş tutacaq.

Xəbər xətti