"Arsenal"dan Mxitaryanın Bakıya gəlib-gəlməyəcəyi ilə bağlı açıqlama

02:17 - 11 May 2019

Avropa Liqasının finalına yüksələn "Arsenal" "Çelsi" ilə Bakıda keçiriləcək həlledici oyuna erməni futbolçusu Henrix Mxitaryanı gətirmək fikrində deyil.

 

Sportal.az "Daily Telegraph"a istinadən xəbər verir ki, klub təhlükəsizlik səbəbindən Mxitaryanı Bakıya gətirməyi düşünmür. "Topçular" futbolçunu Bakıya gətirməkdə istəksizdir. "Arsenal" klubundan verilən məlumatda qeyd edilib ki, futbolçuların təhlükəsizliyi vacibdir: "Bütün futbolçularımızın güvəndə olması vacibdir. Bu, böyük önəm daşıyır. UEFA-dan Henrix Mxitaryanın və klubumuzun daim güvəndə olacağına dair təminat istəyirik. Bəzi qarantilər hələ qəbul edilməyib. UEFA-dan bunları dərhal təmin edəcəyini gözləyirik. Əlbəttə, məkanın Mxitaryanın bir avrokubok finalında oynamamasına görə narahatıq".

 

Henrix Mxitaryan 2015-ci ildə Almaniyanın Dortmund "Borussiya"sı ilə Avropa Liqasının qrup mərhələsində "Qəbələ" ilə Bakıda keçirilən oyunu üçün səfər etməmişdi. Ötən il isə "Arsenal" 30 yaşlı yarımmüdafiəçini "Qarabağ"la Avropa Liqasının qrup mərhələsində keçirilən oyunda Azərbaycana gətirməmişdi.

Xəbər xətti