Bakıda 1,5 milyard avroluq oyun

16:12 - 28 May 2019

Sabah Avropa Liqasının finalında İngiltərənin "Çelsi" və "Arsenal" klubları qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, Bakıda keçiriləcək finalda komandaların ümumi dəyəri 1 milyard 510 min 500 avrodur.

 

"Transfermarkt"a görə, "Çelsi"nin dəyəri 885 milyon avrodur. "Arsenal" isə 625 milyon 500 min avroluq heyətə sahibdir.

 

Eden Hazard 150 milyon avroluq qiymətlə "Çelsi"nin ən dəyərli futbolçusudur. Nqolo Kantenin 100, Jorjinyonun 65 milyon avro qiyməti var.

 

Qabonlu forvard Pyer-Emerik Obameyanq 75 milyon avro ilə "Arsenal"da ən bahalı futbolçudur. Aleksandr Lyakazettin 65, Lukas Torreyranın 55 milyon avro qiyməti var.

 

Bakı Olimpiya Stadionunda keçiriləcək oyun 23:00-da baş tutacaq.

 

 

Xəbər xətti