“Çelsi”nin müdafiəçisi David Luiz Avropa Liqasının finalında sabah “Arsenal”a qarşı keçirəcəkləri matçdan öncə təşkil edilən mətbuat konfransında fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, braziliyalı futbolçu yalnız qələbəni düşündüklərini deyib:
“Bu, çox böyük yarışdı. Hamı qələbə qazanmaq istəyir. Mövsümə başlayanda qarşımıza böyük məqsədlər qoymuşduq. Hər iki komanda böyük işlər görüb. 2013-cü ildəki uğuru qazanmaq istəyirik. Qələbə uğrunda mübarizə aparmaq önəmlidi. Bəzi matçlarda uduzmuşuq, ancaq yalnız qələbəni düşünürük. Sabah da kuboku qazanmaq istəyirik. Böyük final olacaq. Biz tarix yazmaq istəyirik. Hamı qalib haqqında danışacaq. Biz istəyirik ki, qələbə qazanaq”.
David Luis “Çelsi”nin sabiq futbolçusu Maykl Essyenin hazırda Bakının “Səbail” klubunda çıxış etməsi ilə bağlı da fikirlərini bildirib:
“Maykl çox böyük oyunçudu. O, “Çelsi”nin əfsanəsidi. Bura gəlirsə, deməli bunu özü üçün müsbət hal kimi görür. Azərbaycan haqqında onunla danışmamışıq. O, burdadısa, deməli, oyunundan həzz alır”.
O, Çempionlar Liqasında Bakıda "Qarabağ"a qarşı keçirdikləri oyunu belə xatırlayıb:
“Qarabağ”a qarşı gözəl oyun olmuşdu. Böyük hesabla qələbə qazanmışdıq. Gözəl stadiondu. Bura bizə düşərlidi. Ümid edirik ki, sabah da belə olacaq”.
saytlarin hazirlanmasi