Bakı finalını "Çelsi" qazandı

00:51 - 30 May 2019

Avropa Liqasında final oyunu keçirilib.

 

Sportal.az xəbər verir ki, ilk dəfə Bakıda təşkil edilən həlledici matçda İngiltərə nəhəngləri - "Çelsi" və "Arsenal" üz-üzə gəlib.

 

London derbisi "topçular" üçün ikiqat əhəmiyyətli idi. Unay Emerinin komandası qələbə qazanmaqla həm də növbəti mövsüm Çempionlar Liqasına vəsiqə əldə etmək niyyətindəydi. "Çelsi"nin isə artıq bu turnirə yollanacağı dəqiqləşmişdi. Ancaq Maurisio Sarrinin komandası mövsümü titualla bitirməyi hədəfləyirdi.

 

İstəyinə çatan "zadəganlar" olub. Maurisio Sarrinin komandası rəqibini 4:1 hesabı ilə məğlub edərək, kuboku muzeyinə aparıb.

 

Avropa Liqası
Final

29 may

 

23:00. "Çelsi" (İngiltərə) - "Arsenal" (İngiltərə) - 4:1
Qollar
: Olivye Jiru, 49, Pedro, 60, Eden Hazard, 65 (pen.), 72 - Aleks Ayvobi, 69

Baş hakim: Canluka Rokki (İtaliya)
Bakı Olimpiya Stadionu

Xəbər xətti