Bakıdakı finalda neçə azarkeş qeydə alındı?

17:31 - 30 May 2019

Avropa Liqasının Bakıda keçirilən finalında qeydə alınan azarkeş sayı müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda baş tutan "Çelsi" - "Arsenal" qarşılaşmasında 51 min 370 azarkeş qeydə alınıb.

 

Bu turnirin azarkeş rekordu 20-ci əsrə təsadüf edir. 1999-cu ildə Moskvada baş tutan "Parma" - "Latsio" oyununda azarkeş rekordu qeydə alınıb (62 min).

 

Bakıdakı oyun son 10 ildə Avropa Liqasının finallarında azarkeş sayına görə ən yaxşı üçüncü göstəricidir. İlk iki yerdə isə müvafiq olaraq, ötən il Lionda keçirilən "Marsel" - "Atletiko" (0:3, 55768 tamaşaçı) və 2012-ci ildə Buxarestdə olan "Atletiko" - "Atletik" (3:0, 52347 tamaşaçı) finalları qərarlaşıb.

 

Sözügedən görüşdə "Arsenal"ı 4:1 hesabı ilə məğlub edən "Çelsi" turnirin qalibi olub.

Xəbər xətti