Macarıstan millisinin baş məşqçisi Marko Rossi AÇ-2020-nin seçmə mərhələsində Azərbaycana qarşı keçirəcəkləri görüş haqda danışıb.
Sportal.az Macarıstan Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, italiyalı mütəxəssis Azərbaycan yığması ilə oyunda komandasından hücum futbolu gözlədiyini deyib:
"Bakıdakı istənilən nəticədən təəccüblənməyəcəyik. Oyunun nəticəsi ilk olaraq bizim performansdan asılı olacaq. Komandadan meydana ruhla girməyi, hücum futbolu və rəqibə təzyiq yaratmağı gözləyirəm. Ancaq peşəkar futbolçular hər ssenariyə hazırdır. Futbolçuların oyuna kökləndiyini, motivasiya olduğunu görürük. Lazım olan çalışmaları etmişik. Ancaq Tamaş Kadar və Barnabaş Besenin zədəli olması bizi narahat edir".
İyunun 8-də 8-ci km stadionunda keçiriləcək Azərbaycan - Macarıstan oyunu saat 20:00-da başlayacaq.
saytlarin hazirlanmasi