“Speranta” – “Neftçi” matçının stadionu dəyişdirildi

11:38 - 19 İyun 2019

"Neftçi"nin Avropa Liqasının I təsnifat mərhələsində Moldovanın "Speranta" klubu ilə səfər oyununun stadionu dəyişib.

 

Sportal.az xəbər verir ki, görüş paytaxt Kişinyovdakı "Zimbru" stadionunda keçiriləcək.

 

İyulun 11-i oynanılacaq görüş üçün öncə Orqeyevdəki idman kompleksini sifariş etmişdi. Lakin "Petrokub"un ilk qarşılaşmasının səfərdə keçirməsinə dair UEFA-nın qərarından sonra "Sperantsa" paytaxt stadionunda oynamağa qərar verib.

Xəbər xətti