"Neftçi" - "Sperantsa" cütünün Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi olan Tula "Arsenal"ının yarımmüdafiəçisi İqor Qorbatenko klubun rəsmi saytına açıqlama verib.
Sportal.az xəbər verir ki, 30 yaşlı futbolçu hər iki komandanı keçəcək gücdə olduqlarını deyib:
"Hələlik kiminlə qarşılaşacağımız dəqiq deyil. Amma onu deyə bilərəm ki, "Arsenal" həm "Neftçi", həm də "Sperantsa"nı keçə və daha da irəli gedə biləcək gücdədir. Başa düşürük ki, Avropada şəhərimiz, klubumuz və öz adımızdan söz etdirə bilərik. Əlimizə düşən şansdan maksimum yararlanıb, qrupa düşmək istəyirik. Layiqli futbolla azarkeşlərimizi sevindirməyə çalışacağıq".
Qeyd edək ki, Avropa Liqasında II təsnifat mərhələsinin oyunları iyulun 25-də və avqustun 1-də keçiriləcək.
saytlarin hazirlanmasi