"Sportinq" Fransadan müdafiəçi aldı

00:11 - 28 İyun 2019

Portuqaliyanın "Sportinq" klubu yeni transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Lissabon təmsilçisi Fransa "Dijon"unun müdafiəçisi Valentin Rosyeni transfer edib. 22 yaşlı futbolçunun transferi üçün Liqa 1 klubuna 8 milyon avro təzminat ödənilib. Fransalı futbolçuyla 5 illik müqavilə imzalanıb və sərbəst qalma dəyəri 60 milyon avro təyin edilib.

 

Valentin Rosye 2016-cı ildən "Dijon"da çıxış edirdi. O, Fransanın U-21 millisində çıxış edib.

Xəbər xətti