"Sevilya"dan 15 milyon avroluq transfer

00:36 - 28 İyun 2019

İspaniyanın "Sevilya" klubu yeni transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, La Liqa təmsilçisi "Eybar"ın yarımmüdafiəçisi Joan Jordanı transfer edib. 24 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Əndəlüsiyalılar ispaniyalı oyunçunun keçidi üçün 15 milyon avro təzminat ödəyib.

 

Peşəkar karyerasına "Espanyol"da başlayan Joan Jordan 2017-ci ildə "Eybar"a keçmişdi.

Xəbər xətti