"Real" Edeqoru icarəyə verdi

16:46 - 28 İyun 2019

"Real" yarımmüdafiəçisi Martin Edeqoru icarəyəyə göndərib.

 

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, "kral klubu" Norveç millisinin üzvü ilə müqaviləni 2023-cü ilə qədər uzadıb və La Liqanın digər təmsilçisi "Real Sosyedad"a icarəyə verib. 20 yaşlı yarımmüdafiəçinin müqaviləsi iki illik nəzərdə tutulub.

 

"Real" Edeqoru 2015-ci ildə transfer edib. Gənc futbolçu daha öncə Hollandiyanın "Herenven" və "Vitess" klublarına icarəyə verilib.

Xəbər xətti