Miroslav Stox Yunanıstan klubunda

17:31 - 28 İyun 2019

Yunanıstanı Çempionlar Liqasında təmsil edəcək PAOK güclü heyət qurmağa çalışır.

 

Sportal.az sport24.gr saytına istinadən xəbər verir ki, Saloniki təmsilçisi Slaviya "Sparta"sının yarımmüdafiəçisi Miroslav Stoxu transfer edib. Bu keçid üçün Yunanıstan klubu 1 milyon avrosundan keçib. Slovakiya millisinin üzvü illik 1,5 milyon avro maaş alacaq.

 

Stox ötən mövsüm Çexiya çempionatında 28 oyuna 12 qol vurub, 10 assist edib. 29 yaşlı futbolçu 2017-ci ildə "Fənərbaxça"dan "Slaviya"ya keçmişdi.

Xəbər xətti