"Benfika"dan 126 milyon avroya Joau Felişi transfer edən "Atletiko" daha bir oyunçunu heyətinə cəlb edib.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, madridlilər Braziliyanın "Atletiko Paranaense" klubundan Renan Lodini transfer edib. 21 yaşlı sol cinah müdafiəçisinin keçidi üçün 25 milyon avro təzminat ödənilib.
Braziliyalı futbolçu "Atletiko Paranaense"nin yetirməsidir. Renan 2016-cı ildə peşəkar karyeraya başlayıb.
saytlarin hazirlanmasi