"Mançester Yunayted"dən ayrılan Antonio Valensiyanın yeni klubu bəlli olub.
Sportal.az xəbər verir ki, ekvadorlu sağ cinah müdafiəçisi karyerasını ölkəsində davam etdirəcək. 33 yaşlı futbolçu elita təmsilçisi "LDU Kito" ilə müqavilə bağlayıb. Klub saytı təcrübəli oyunçu ilə 2 illik müqavilə imzalandığını açıqlayıb.
Valensiya 2005-ci ildə ölkəsinin "El Nasional" klubundan İspaniya La Liqa təmsilçisi "Vilyarreal"a keçmişdi. O, "Rekreativo" və "Uiqan" klublarında da çıxış edib. Ekvador millisinin üzvü 2009-2019-cu illərdə "Mançester Yunayted"də oynayıb.
saytlarin hazirlanmasi