"Borussiya" İsveçrə millisinin üzvünü transfer etdi

00:43 - 29 İyun 2019

Almaniyanın "Borussiya" (Münhenqladbax)  klubu yeni transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Bundesliqa klubu "Şalke"nin hücumçusu Bril Embolono transfer edib. 22 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. İsveçrə millisinin üzvünün transferi üçün "Şalke"yə 10 milyon avro təzminat ödənilib.

 

"Şalke" Embolonu 2016-cı il "Bazel"dən 26,5 milyon avroya transfer etmişdi.

Xəbər xətti