İsveç millisinin üzvü "Qalatasaray"da

00:51 - 29 İyun 2019

"Qalatasaray" daha bir transferi həll edib.

 

Sportal.az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, Fransanın "Tuluza" klubu ilə müqaviləsi başa çatan Cimmi Durmaz İstanbul təmsilçisi ilə anlaşıb. Türkiyə əsilli isveçli futbolçu ilə 3 illik müqavilə imzalanıb.

 

"Qalatasaray" 30 yaşlı yarımmüdafiəçinin transferini tezliklə açıqlayacaq.

 

İsveç millisinin üzvü ötən mövsüm "Tuluza"da 36 oyuna 4 qol vurub, 1 assist edib.

 

Durmaz daha öncə Türkiyədə "Gənclərbirliyi" klubunda çıxış edib.

Xəbər xətti