"Mançester Yunayted"dən 55 milyon avroluq transfer

15:30 - 29 İyun 2019

"Mançester Yunayted" yeni transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, "qırmızı şeytanlar" "Kristal Pelas"ın sağ cinah müdafiəçisi Eron Uan-Bissakanı transfer edib. İngiltərənin U-21 millisinin üzvüylə 5 illik müqavilə imzalanıb. Bu keçid üçün "Mançester Yunayted" London təmsilçisinə 55 milyon avro təzminat ödəyib. Gənc oyunçu Mançester təmsilçisində həftəlik 80 min funt-sterlinq maaş alacaq.

 

Uan-Bissaka "Kristal Pelas"ın yetirməsidir.

Xəbər xətti