İspaniyanın “Valensiya” ötən yay "Vilyarreal"dan icarəyə götürdüyü Denis Çerışevin transfer hüququna yiyələnib.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, “yarasalar” rusiyalı yarımmüdafiəçi ilə anlaşma əldə edib. Müqavilənin detalları barədə isə məlumat verilməyib.
28 yaşlı futbolçu ötən mövsüm "Valensiya"da 41 oyuna 4 qol vurub, 5 assist etmişdi. "Vilyarreal" Rusiya millisinin üzvünü 2016-cı ildə Madrid "Real"ından transfer etmişdi.
saytlarin hazirlanmasi