"İnter" hücumçusunu 18 milyona satdı

00:00 - 30 İyun 2019

İtaliyanın "İnter" klubunda ayrılıq reallaşıb.

 

Sportal.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, milanlıların hücumçusu Andrea Pinamonti karyerasını A Seriyasının digər təmsilçisi "Cenoa"da davam etdirəcək. Bu keçid üçün Genuya təmsilçisi 18 milyon avrosundan keçib.

 

20 yaşlı hücumçunun illik məvacibi 1,5 milyon avro olacaq. Bonuslarla birgə illik məvacib 3 milyon avro olacaq.

 

"Cenoa" rəsmi saytında gənc forvardın tibbi müayinədən keçdiyini açıqlayıb. Transfer  tezliklə rəsmiləşəcək.

 

Pinamonti ötən mövsümü "Frozinone"də icarə əsasında keçirib. İtaliyalı hücumçu 27 oyuna 5 qol vurub.

Xəbər xətti