"Fiorentina" qapıçısını icarəyə verdi

00:09 - 30 İyun 2019

İtaliyanın "Fiorentina" klubu fransalı qapıçısı Alban Lafontu icarəyə verib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 20 yaşlı əlcək sahibi Fransanın "Nant" klubuyla müqavilə bağlayıb. I Liqa təmsilçisi gənc qolkiperi satın alma şərtiylə iki illik icarəyə götürüb. Müqavilənin şərtlərinə görə, "Nant" 7 milyon avro ödəyib, Lafontun transfer hüququna yiyələnə bilər.

 

"Fiorentina" gələcəyin ulduzu kimi görülən qapıçını ötən yay "Tuluza"dan 7 milyon avroya transfer etmişdi.

Xəbər xətti