PSJ prezidentin oğlunu 10 milyona satdı

00:37 - 30 İyun 2019

PSJ gənc ulduzu Timoti Vea ilə yolları ayırıb.

 

Sportal.az xəbər verir ki, 19 yaşlı hücumçu karyerasını Fransanın digər klubu "Lill"də davam etdirəcək. Klub saytının məlumatına görə, ABŞ millisinin üzvüylə 5 illik müqavilə imzalanıb. Bu keçid üçün "Lill" 10 milyon avrosundan keçib.

 

Timoti 1995-ci ildə "qızıl top"u qazanan, hazırda Liberiyanın prezidenti olan Corc Veanın oğludur. Timoti atasından fərqli olaraq, Liberiyanın deyil, ABŞ millisinin şərəfini qoruyur.

 

PSJ-nin yetirməsi olan gənc futbolçu ötən mövsümün ikinci yarısını Şotlandiya "Seltik"ində keçirmişdi.

Xəbər xətti