"Monako" 35 yaşlı futbolçunu yola saldı

12:55 - 30 İyun 2019

Fransanın "Monako" klubunda ayrılıq reallaşıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, italiyalı müdafiəçi Andrea Racciylə başa çatan müqavilə uzadılmayıb. "Knyazlıq klubu" 35 yaşlı müdafiəçiyə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

 

Racci 2012-ci ildə "Bolonya"dan "Monako"ya keçmişdi.

Xəbər xətti