"Sevilya" hücumçu transferi reallaşdırıb.
Sportal.az AS nəşrinə istinadən xəbər verir ki, əndəlüsiyalılar Hollandiyanın PSV klubunun kapitanı Luuk de Yonqu transfer edib. La Liqa klubu bu keçid üçün 12 milyon avrosundan keçib.
"De Telegraaf" nəşri 28 yaşlı forvardın müqavilə imzalamaq üçün İspaniyaya yollandığını yazıb.
Hollandiya millisinin üzvü 2014-cü ildən PSV-də çıxış edir. De Yonq ötən mövsüm 43 oyuna 32 qol vurub.
saytlarin hazirlanmasi