Fransa millisinin üzvü Kilian Mbappe PSJ ilə müqaviləni uzatmaq istəmir.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, Fransa klubu 20 yaşlı hücumçunun 2022-ci ilə qədər olan sözləşməsini yeniləmək istəyir. Ancaq gənc ulduz bu təklifə müsbət yanaşmır.
Xəbərdə Madrid "Real"ının Mbappenin transferi üçün PSJ-nin tələb etdiyi 230 milyon avronu bu yay ödəmək fikrində olmadığı vurğulanıb.
Fransalı hücumçu ötən mövsüm 43 oyuna 39 qol vurub, 17 assist edib.
saytlarin hazirlanmasi