Türkiyə millisinin üzvü rəsmən Bundesliqa klubunda - 15 milyonluq transfer

19:06 - 30 İyun 2019

Almaniyanın "Şalke" klubu yeni transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi "Ştutqart"ın müdafiəçisi Ozan Kabakı transfer edib. Türkiyə millisinin üzvyülə 5 illik müqavilə imzalanıb. 19 yaşlı futbolçunun keçidi "Şalke"yə 15 milyon avroya başa gəlib. Ozanın illik maaşı 2 milyon avro olacaq.

 

Qeyd edək ki, "Ştutqart" Ozanı bu ilin əvvəlində 11 milyon avroya "Qalatasaray"dan heyətinə cəlb etmişdi. İstanbul təmsilçisi bu transferdən 750 min avro yetişdirmə haqqı qazanıb.

Xəbər xətti