Con Obi Mikel Türkiyə klubunda

10:27 - 1 İyul 2019

Nigeriya millisinin üzvü Con Obi Mikel karyerasını Türkiyədə davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi Super Liqa təmsilçisi "Trabzonspor"la 2+1 illik müqavilə imzalayıb. Təcrübəli futbolçu "bordo-mavililər"ə azad agent statusu ilə keçib. Klub saytının məlumatına görı, Obi Mikelin illik maaşı 1,5 milyon avro olacaq.

 

Obi Mikel 2006-2017-ci illərdə "Çelsi"də çıxış edib. O, 2017/18 mövsümünü Çinin "Tyantsın TEDA" klubunda keçibi. Nigeriyalı yarımmüdafiəçi bu ilin yanvarında "Midlzbro" ilə 6 aylıq müqavilə bağlamışdı.

Xəbər xətti