"Atletiko"dan ayrılan futbolçu rəsmən "İnter"də

11:42 - 1 İyul 2019

İtaliyanın "İnter" klubu yeni transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Milan təmsilçisi Madrid "Atletiko"sundan ayrılan uruqvaylı müdafiəçi Dieqo Qodini transfer edib. 33 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Qodinin illik maaşı 6,75 milyon avro olacaq.

 

Uruqvay millisinin üzvü 2009-2019-cu illərdə "Atletiko"da çıxış edib.

Xəbər xətti