AFFA-dan Miçellə bağlı açıqlama

12:24 - 1 İyul 2019

İspaniyanın lne.es saytı AFFA-nın “Qarabağ”ın ispan legioneri Miçeli Azərbaycan millisinə cəlb etmək istədiyi ilə bağlı xəbər yaymışdı.

 

Sportal.az xəbər verir ki, bu məsələ ilə bağlı AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla “Azərbaycan radiosu”na açıqlama verib:

 

“Miçelin milliləşdirilməsi ilə bağlı yayılan xəbərlər tamamilə əsassızdır. AFFA-nın belə bir istəyi və təklifi olmayıb. Futbolçu FİFA-nın milliləşmə ilə bağlı qoyduğu qaydalardan yalnız birinə cavab verir. O da qismən. Hələ onun Azərbaycanda 5 il yaşama müddəti gələn il tamam olacaq. Digər tərəfdən də, həmin müddətdə futbolçunun 35 yaşı olacaq”.

 

Miçel ötən ay "Qarabağ"la müqavilə müddətini daha iki il uzadıb.

 

2015-ci ildən Ağdam təmsilçisində çıxış edən ispaniyalı yarımmüdafiəçi 144 oyunda 29 qol vurub, 4 dəfə Premyer Liqa, 2 dəfə isə ölkə kubokunun qalibi olub.

Xəbər xətti