"Zirə"yə gəlmədi, Bolqarıstan klubu ilə müqavilə imzaladı

13:44 - 1 İyul 2019

Transfer fəaliyyətinə davam edən "Zirə" serbiyalı futbolçu Zoran Qaiçlə anlaşa bilməyib.

 

Sportal.az saytının məlumatına görə, 29 yaşlı mərkəz müdafiəçisi paytaxt təmsilçisi ilə müqavilənin şərtlərində razılığa gəlməyib.

 

Çexiyanın "Fastav" klubundan ayrılan Qaiç karyerasını Bolqarıstanın yüksək liqasında davam etdirəcək. Sportal.bg saytı serbiyalı futbolçunun "Arda" klubu ilə müqavilə bağladığını yazıb.

Xəbər xətti