Allahyar rəsmən "Fənərbaxça"da

16:16 - 1 İyul 2019

Türkiyənin "Fənərbaxça" klubu yeni transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi İranın "İstiqlal" klubunun futbolçusu Allahyar Sayyadmaneşi transfer edib. 18 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb. "Sarı-lacıvərdlilər" bu keçid üçün "İstiqlal"a 850 min dollar təzminat ödəyib.

 

Sayyadmaneş ötən mövsüm 19 oyuna 3 qol vurub, 2 assist edib.

 

İran millisinin üzvü "The Guardian"ın hazırladığı 2001-ci il doğumlu ən yaxşı 60 futbolçu sırasında yer alıb.

Xəbər xətti