"Barselona"dan "Borussiya"ya keçdi

17:41 - 1 İyul 2019

Almaniyanın "Borussiya" klubu yeni transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, dortmundlular "Barselona"nın futbolçusu Mateu Moreyi transfer edib. 19 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

 

Mateu 2015-ci ildə "Malyorka"nın akademiyasından "Barselona"nın U-18 komandasına keçmişdi. 

 

Gənc oyunçu İspaniyanın aşağı yaş qruplarından ibarət millisində oynayır.

Xəbər xətti