Rabyö "Yuventus"la müqavilə imzaladı

00:30 - 2 İyul 2019

"Yuventus" növbəti transferini reallaşdırıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, PSJ ilə müqaviləsi başa çatan Adrien Rabyö Turin təmsilçisi ilə 5 illik müqavilə bağlayıb. 24 yaşlı futbolçunun illik maaşı 7 milyon avro olacaq. Rabyö 10 milyon avro imza pulu alıb.

 

PSJ-nin yetirməsi olan fransalı futbolçu ötən mövsüm 20 oyuna 2 qol vurub, 2 assist edib.

Xəbər xətti