"Çelsi" Xorvatiya millisinin üzvünü transfer etdi

00:48 - 2 İyul 2019

"Çelsi" ötən il "Real"dan icarəyə götürdüyü xorvatiyalı futbolçu Mateo Kovaçiçin transfer hüququna yiyələnib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, London təmsilçisi bu keçid üçün 50 milyon avrosundan keçib. Xorvatiya millisinin üzvü ilə 5 illik müqavilə imzalanıb.

 

Kovaçiç ötən mövsüm "Çelsi"də 51 oyuna 2 assist edib.

 

"Real" 25 yaşlı yarımmüdafiəçini 2015-ci ildə "İnter"dən 29 milyon avroya transfer etmişdi.

Xəbər xətti