Peşəkar Futbol Liqasının (PFL) yaranması günüdü. 2008-ci ilin iyulun 2-də yaradılan qurumun 11 yaşı tamam olur.
PFL AFFA-nın inzibati binasında keçirilmiş iclas zamanı assosiasiyanın prezidenti Rövnəq Abdullayev tərəfindən yaradılıb. İlk gündən quruma Ramin Musayev rəhbərlik edir. O, bu vəzifəyə 3-cü dəfə seçilib.
PFL-in bu müddətdə əsas fəaliyyətini daxili yarışları keçirmək təşkil edir. Topaz Premyer Liqası, I Divizion və Azərbaycan kubokunu keçirən qurum bir sıra yeniliklər etməsi ilə də seçilib. Bundan başqa, uzun fasilədən sonra bərpa olunan ənənələr də qeyd edilməlidi. Əvvəlki illərdə baş tutan əvəzedicilərin çempionatı, habelə 1 dəfə keçirilən Azərbaycan Super Kuboku buna misaldı.
PFL-in yaranmasından sonra çempionatımızın səviyyəsinin qalxması klubların nəticələrində də əksini tapıb. Avrokuboklarda qazanılan bütün uğurlar məhz son illərə təsadüf edib.
Sportal.az PFL-i 11 yaşı münasibətilə təbrik edir, fəaliyyətində uğurlar arzulayır.
saytlarin hazirlanmasi