Əmrə rəsmən "Fənərbaxça"da

12:46 - 2 İyul 2019

"Fənərbaxça" yeni transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Başakşəhər"dən ayrılan Əmrə Belözoğlunu heyətinə qatıb. 38 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Türkiyə millisinin üzvü "sarı-lacıvərdlilər"də 5 nömrəli formada çıxış edəcək.

 

Sentyabrda 39 yaşı tamam olacaq Əmrə 2008-2012 və 2013-2015-ci illərdə "Fənərbaxça"da çıxış edib. Təcrübəli futbolçu 2015-ci ildə "Başakşəhər"ə keçmişdi.

Xəbər xətti