"Səbail" bizə qarşı həddindən artıq motivasiyalı oynayacaq" - "Krayova"nın baş məşqçisi

13:34 - 2 İyul 2019

“Səbail"in Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi "Krayova" klubunun baş məşqçisi Korneliu Papure Macarıstan təmsilçisi "Ferenvaroş" ilə yoxlama görüşündən (0:4) sonra açıqlama verib. 

 

Sportal.az xəbər verir ki, klubun televiziya kanalına danışan 45 yaşlı rumıniyalı mütəxəssis məğlubiyyət şərh edib və "Səbail" barədə danışıb:

 

"Macarıstan çempionuna böyük hesabla uduzduq. Bu məğlubiyyət bizə müsbət şeylər də qazandıra bilər. Avropa Liqasında qarşılaşacağımız "Səbail" çətin rəqibdir. Bu cür oyunlar üçün avrokubok təcrübəsi lazımdır. Əminəm ki, "Səbail" bizə qarşı həddindən artıq motivasiyalı oynayacaq".

 

"Səbail" - "Krayova" oyunu iyulun 11-də, Bakıdakı "Bayıl Arena"da keçiriləcək. Matçın start fiti 20:00-da səslənəcək. Bir həftə sonra keçiriləcək cavab görüşü Rumıniyada reallaşacaq.

Xəbər xətti